Qarabağ” “Qəbələ”ni, “Sabah” “Kəpəz”i sınağa çəkəcək

0

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun son iki oyunu keçiriləcək.

“Turanın səsi”in məlumatına görə, bununla da ölkə çempionatında I dövrəyə yekun vurulacaq.

Günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə “Qarabağ” arasında olacaq. 7 görüşdən 21 xal toplayan “köhlən atlar” turnir cədvəlinə başçılıq edir. “Qırmızı-qaralar” isə 15 xalla 5-cidir.

İki komanda indiyədək Premyer Liqada 54 dəfə üz-üzə gəlib. Bunların 10-da “Qəbələ”, 29-da “Qarabağ” qələbə qazanıb. 15 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbəti də Ağdam klubunun xeyrinədir – 85:43.

“Qarabağ” 16 oyundur rəqibinə uduzmur. “Qəbələ” son iki matçda xal qazanmayıb.

Tura “Sabah” – “Kəpəz” matçı ilə yekun vurulacaq. Hazırda meydan sahibləri 19 xalla ikinci pillədə qərarlaşıb. 4 xalı olan qonaqlar isə 8-ci yerdə gedir.

Komandalar indiyədək ölkə çempionatında qarşılaşmayıblar.

9 oktyabr (bazar)

17:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Anar Salmanov
Qəbələ şəhər stadionu, 17:00

19:30. “Sabah” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
“Bank Respublika Arena”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir