Çexiya Ukraynaya silah tədarükünü artırıb

Çexiya bu ilin əvvəlindən Ukraynaya silah tədarükünü artırıb.

Turanın səsi ”  EFE agentliyinə istinadən xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala bildirib.

Yanvar-may ayları ərzində sovet istehsalı olan 24 modernləşdirilmiş “T72” tankı, 76 amfibiya piyada döyüş maşını, 645 tank əleyhinə raket və “Qvozdika” özüyeriyən silahlar üçün 57,3 min mərmi və “Dana” özüyeriyən texnika tədarük olunub.

Çexiya, həmçinin Ukraynaya 16 “Kub” hava hücumundan müdafiə sistemi də təhvil verib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir