Müəllimlərin işə qəbulu üzrə test imtahanlarının vaxtı açıqlanıb
2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının vaxtı açıqlanıb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 11-15 iyul tarixlərində 13 şəhərdə 29 imtahan mərkəzində keçiriləcək.
Müsabiqənin test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI