Belarus lideri: “Putinə dedim ki, “Vaqner”lə bağlı sərt tədbirlər görməyə tələsmək lazım deyil”


“Telefon danışığı zamanı Rusiya dövlət başçısı Vladimir Putinə dedim ki, “Vaqner”lə bağlı sərt tədbirlər görməyə tələsmək lazım deyil”.

Turanın səsi ” xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşanko deyib.

O bildirib ki, iyunun 24-ü, günün ortalarına qədər “Vaqner”lə bir neçə dəfə təmas yaradılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl “Vaqner ” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb.

Elə həmin günü “Vaqner”çilər Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarə və helikopterləri vurublar. Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.

Məlumata görə, Y.Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.

Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb . İyunun 27-də isə Federal Təhlükəsizlik Xidməti silahlı qiyamla bağlı başlanmış cinayət işinə xitam verilildiyini elan edib .

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir