Polis Abşeron rayonunda hüquqpozmalara qarşı tədbirlər keçirib
Polis Abşeron rayonunda hüquqpozmalara qarşı profilaktik tədbirlər davam etdirir.
Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Abşeron Rayon Polis İdarəsi və tabeli polis bölmələri iyunun 23-də rayon ərazisində hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiriblər.
Polis əməkdaşları tərəfindən hüquq pozuntularının profilaktikası – küçə ticarəti, avaralıq və dilənçilik, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən olunmayan yerlərdə, səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və digər neqativ hallarla bağlı fəal iş aparılıb.
Tədbirlərlə müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 4 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb, “isti izlərlə” cinayətin açılması 6, narkotiklə əlaqəli cinayətlərə görə 5, küçə ticarəti ilə məşğul olduqlarına görə 26, avaralıq və dilənçiliklə məşğul olduqlarına görə 7, xırda xuliqanlığa görə 3, xırda talamaya görə 81, antisanitariya və digər inzibati xəta tərkibi yaradan hallarla bağlı isə 577 fakt aşkarlanıb, mülki axtarışa görə 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan ümumilikdə 147 sürücü məsuliyyətə cəlb edilib. İnzibati xətalarla bağlı protokollar tərtib olunub, avtomobilinə qanunla qadağan olunan əlavə avadanlıqlar quraşdıran eləcə də konstruksiyasında dəyişiklik edən 12 sürücü, dayanma-durma qaydlarının pozulmasına görə 114 fakt müəyyən edilib.
Abşeron rayonunda polis əməkdaşları tərəfindən xidmətin nümunəvi təşkili və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılılır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI