Azərbaycanın kosmik fəaliyyətinin prinsipləri müəyyənləşir
Azərbaycanın kosmik fəaliyyətinin prinsipləri müəyyənləşir.
“Turanın səsi ” xəbər verir ki , bu Milli Məclisin bu gün keçirilən iclasında lll oxunuşda müzakirəyə çıxarılan “Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, kosmik fəaliyyət aşağıdakı prinsiplər əsasında həyata keçiriləcək:
– kosmik fəzadan sülh naminə istifadə edilməsi;
– milli maraqların qorunması;
– kosmik resurslardan səmərəli istifadə olunması;
– milli fəaliyyətə dövlət tərəfindən nəzarət edilməsi;
– kosmik fəaliyyətin və kosmik sənayenin təhlükəsizliyi, kosmik tullantıların ətraf mühitə təsirinin azaldılması.
Yeni qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq lll oxunuşda qəbul edilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI