Estoniya Ukraynaya yeni hərbi yardım paketini elan edib
Estoniya hökuməti Ukraynaya yeni hərbi yardım paketini elan edib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Estoniyanın Müdafiə Nazirliyindən bildirilib.
Hərbi yardım paketinə tibbi alətlər, minatəmizləmə qurğuları və dron əleyhinə avadanlıqlar daxildir.
Yeni hərbi yardım paketinin yaxın vaxtlarda Ukraynaya təhvil veriləcəyi gözlənilir.