Türkiyə Futbol Federasiyasında prezident seçkiləri keçirilib
Türkiyə Futbol Federasiyasında (TFF) prezident seçkiləri baş tutub.
“Turanın səsi ” yerli mətbuata istinadən xəbər verir ki, hazırkı rəhbər Mehmet Büyükekşi yenidən quruma başçılıq edəcək.
Funksioner bu posta yeganə namizəd idi. 191 nəfərdən 169-u onun lehinə səs verib.
Qeyd edək ki, Mehmet Büyükekşi ötən ilin yayından TFF-nin prezidentidir.