Milli Məclisdə görüş

0

İyunun 22-də Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva  Koreya Respublikası xarici işlər nazirinin xüsusi nümayəndəsi Bek Cuhyonun ilə görüşüb.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Qonağı salamlayan Sevinc Fətəliyeva diplomatik əlaqələrimizin qurulmasından ötən 30 il ərzində münasibətlərimizin davamlı inkişaf etdiyini vurğulayıb və Koreya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirib. 

Sevinc Fətəliyeva qonağa Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son vermiş 44-günlük Vətən müharibəsindən sonra bölgədə yaranan vəziyyət, ermənilərin işğal dövründə törətdiyi müharibə cinayətləri, mədəni, tarixi, dini abidələrimizi məhv etmələri, regionda davamlı sülhün yaradılması istiqamətində Azərbaycanın göstərdiyi səylər və aparılan sülh danışıqları barədə məlumat verib. Diqqətə çatdırılıb ki, artıq işğaldan azad edilmiş ərazilərdə tikintisi başa çatan ilk yaşayış məntəqələrinə məcburi köçkünlərin qaytarılması prosesinə start verilib.

Parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlərdə mühüm olduğunu deyən Sevinc Fətəliyeva bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışıb.

Koreya Respublikası xarici işlər nazirinin xüsusi nümayəndəsi Bek Cuhyonun ölkəsinin Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olduğunu qeyd edib, parlamentlərin Azərbaycan və Koreya arasında münasibətlərin inkişafına mühüm töhfələr verdiyini bildirib. Ermənistanın işğalı zamanı Azərbaycan ərazilərinin dağıdılmasını təəssüflə qeyd edən qonaq işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın bərpa və yenidənqurma işində nailiyyətlərini təqdirəlayiq olduğunu bildirib. Qonaq iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə Koreya Respublikasının ölkəmizdəki səfiri Li İn-Yonq və digər rəsmi şəxslər iştirak ediblər.

⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir