20 iyun Ümumdünya Qaçqınlar Günüdür

0

BMT-nin açıqlamasına görə, dünyada 20 milyona yaxın insan qaçqınlıq həyatı yaşayır. Azərbaycan da dünyada ən çox qaçqını və məcburi köçkünü olan ölkələrdən biridir. Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb.

Sonuncu dəfə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovularaq ölkəmizə pənah gətirib. Ermənistan Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsini zorla boşaldıb. 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerlərindən məhrum olaraq, respublikanın 62 şəhər və rayonunda məskunlaşıb. Hazırda Azərbaycanda 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün var.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Zəfərdən sonra artıq məcburi köçkünlər beynəlxalq hüquqda təsbit olunduğu kimi, könüllü surətdə və ləyaqətlə öz torpaqlarına qayıtmaq hüquqlarından istifadə edirlər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir