Tibb müəssisələri üçün qablaşdırılmış dərmanların pərakəndə satışı qadağan olunur


Tibb müəssisələri üçün qablaşdırılmış dərmanların pərakəndə satışı qadağan olunur.

Turanın səsi ” in xəbərinə görə, bununla bağlı “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilir.

Yeni bəndə əsasən, tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin bu Qanunun 4.6-cı maddəsində nəzərdə tutulan qaydaya uyğun olaraq yalnız topdansatış qiymətlərinin yuxarı həddi tənzimlənir və həmin dərman vasitələrinin pərakəndə satışı qadağan olunur.

Qanunun 4.6-cı maddəsi isə belədir: “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir