Avropada iqlim istiləşməsinin sürəti qlobal orta göstəricini iki dəfə keçib

1980-ci illərdən bəri Avropada iqlim istiləşməsinin sürəti qlobal orta göstəricini iki dəfə keçib.

Turanın səsi ” xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının məlumatında deyilir.

“Avropada İqlimin Vəziyyəti 2022” hesabatına əsasən, 1980-ci illərdən bəri Avropanın istiləşmə sürəti qlobal orta göstəricidən iki dəfə yüksək olub, regionun sosial-iqtisadi quruluşuna və ekosistemlərinə geniş təsir göstərib”.

Qeyd olunur ki, ötən il Avropada havanın temperaturu Paris iqlim sazişi çərçivəsində baza kimi istifadə olunan əvvəlki orta səviyyədən (1850-1900) təxminən 2,3 dərəcə yüksək olub.

Eyni zamanda, hesabatda bildirilir ki, Avropa İttifaqında ilk dəfə olaraq bərpa olunan mənbələrdən alınan enerjinin həcmi təbii qazdan alınan həcmi üstələyib.

Tədqiqat, həmçinin göstərib ki, keçən il Avropada dəniz səthinin temperaturu dəniz isti dalğaları ilə müşayiət olunan yeni yüksək səviyyələrə çatıb və buzlaqların görünməmiş əriməsi də müşahidə olunub.

Hesabata görə, Avropada 2022-ci ildə tarixin ən isti yayı qeydə alıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir