Şirvanda yabanı halda bitmiş çətənə kolları məhv edilib
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “turanın səsi ” nə verilən məlumata görə, keçirilən tədbirlər zamanı şəhərin Çılpaqlı qəsəbəsi ərazisində yerləşən meşəlik ərazidə yabanı halda bitən 283 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI