Yaponiya və Ukrayna infrastrukturun bərpasına dair memorandum imzalayıb
Yaponiya və Ukrayna infrastrukturun bərpası barədə əməkdaşlıq memorandumu imzalayıblar.
“Turanın səsi ” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Yenidənqurma İdarəsinin saytında məlumat yayılıb.
Sənədi yenidənqurma naziri Xiromiçi Vatanabe və Yaponiyada səfərdə olan Ukraynanın baş nazirinin müavini – icmaların, ərazilərin və infrastrukturun inkişafı naziri Aleksandr Kubrakov imzalayıblar.
Müqaviləyə əsasən, Ukrayna 2011-ci il zəlzələsi və sunamidən sonra yapon mütəxəssislərinin əldə etdikləri təcrübədən yararlanacaq.