Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ olub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 16:40-da, 3,2 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.