Yaponiyanın şimalında güclü zəlzələ olub

Yaponiyanın şimalında 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

Turanın səsi ” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin milli meteorologiya idarəsi məlumat yayıb.

Yeraltı təkanların episentri Hokkaydo adasının cənub sahillərində, ocaq isə okeanın dibinin təxminən 20 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir