Peskov: “Türkiyənin bizim üçün yaxşı qonşu olması üçün hər şeyi etməliyik”


“Biz Türkiyənin bizim üçün yaxşı qonşu olması üçün hər şeyi etməliyik”.

Turanın səsi ” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Moskva və Ankara yaxşı qonşu olmaq üçün hər şeyi edirlər. Türk dilində belə bir atalar sözü var – mən təhsilcə türkoloqam – yaxşı qonşu pis qohumdan yaxşıdır”, – Peskov bildirib.

Onun fikrincə, qarşılıqlı əlaqələr ikitərəfli əməkdaşlıqdan geniş şəkildə istifadə etməyə, daha çox şirkəti əməkdaşlığa cəlb etməyə imkan verir.

“Bu, həqiqətən də görünməmiş qarşılıqlı əlaqədir”, – Kreml sözçüsü əlavə edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir