Meydana daxil olaraq Messini qucaqlayan azarkeşin stadionlara girişinə qadağa qoyulub

Çində Argentina və Avstraliya yığmaları arasında yoldaşlıq oyunu zamanı qaçaraq Cənubi Amerika təmsilçisinin kapitanı Lionel Messini qucaqlayan azarkeşə cəza verilib.

Turanın səsi ” in xarici KİV-ə istinadən məlumatına görə, çinli fanatın növbəti 12 ay ərzində stadionlara girişinə qadağa qoyulub.

Qeyd edək ki, əyninə 36 yaşlı ulduz futbolçunun formasını geyinmiş tərəfdarı meydandan çıxarmaq elə də asan olmayıb. Demək olar ki, bütün meydançanı qaçan fanat hətta argentinalı qolkiper Emiliano Martinesi vurub. Mühafizə xidmətinin əməkdaşları azarkeşi saxlayaraq meydançadan uzaqlaşdırıblar.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir