Zelenski Qərbi tənqid edib: “Silahların kiçik partiyalarla tədarükü müharibəni uzadır”
“Qərb texnikalarının kiçik partiyalarla Ukraynaya verilməsi yalnız müharibənin müddətini uzadır”.
“Turanın səsi ” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xarici KİV-ə müsahibəsində deyib.
O bildirib ki, tərəfdaşların balansında olan silahlar kütləvi şəkildə Ukraynaya çatdırılsa, qalib gəlmək ehtimalı daha çox olacaq.
V. Zelenski həmçinin söyləyib ki, Rusiya Zaporojye Atom Elektrik Stansiyasını (AES) partlatmaq niyyətindədir: “Onlar Ukraynada sabitliyi pozmaq üçün bunu etmək istəyirlər”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.