Narkotik vasitənin təsiri altında “TIR” idarə edən şəxs həbs edilib

Lənkəran şəhəri Ləvəngi dairəsi yaxınlığında hərəkətdə olan “DAF” markalı yük avtomobili yüksək sürətlə hərəkət etdiyi üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Sürücünün narkotik vasitənin təsiri altında olmasına şübhələr yarandığı üçün ondan müvafiq müayinədən keçməsi tələb edilib. Lakin sürücü, Lənkəran rayon sakini Orxan Ağazadə polis əməkdaşının qanuni tələbinə məhəl qoymadan nəqliyyat vasitəsini yüksək sürətlə, digər hərəkət iştirakçılarına təhlükə yaratmaqla idarə edərək oradan uzaqlaşsa da bir qədər sonra saxlanılaraq müvafiq müayinədən keçirilməsi təmin edilib. Onun psixotrop maddə istifadə etdiyi müəyyən edilib. Barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə O.Ağazadə 20 gün müddətində inzibati qaydada həbs edilməklə 400 manat cərimə olunub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir