DEPUTAT: “Lombardlarla bağlı şikayətlər artır”

0

“Lombardlarla bağlı bizə ardıcıl olaraq şikayətlər daxil olur”.

turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, bu əhalini ən çox narahat edən problemlərdən biridir: “Bu şikayətlər hər gün artır. Lombardların fəaliyyətini konkret olaraq tənzimləyən qurum yoxdur və bununla bağlı iş görülmür.

Məhz lombardlardan narazı qalan əhali problemi hökumətdə görür.

Bunlarla bağlı konkret iş görülməlidir.!

Biz lombardlara nəzarət səlahiyyətini Azərbaycan Mərkəzi Bankına veririksə, bu problemin həlli ilə bağl tənzimləmə mexanizmi hazırlanmalıdır. Bunu etmiriksə, lombardların fəaliyyəti dondurulmalı və əhalinin qızılları geri qaytarılmalıdır.

Əks təqdirdə bu problem daha da artacaq”.!

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir