Azərbaycanda qadınlarla kişilərin pensiyasının bərabərləşdirilməsi təklif olunur

0

Azərbaycanda qadınlarla kişilər arasında pensiya məbləğində fərqin aradan qaldırılması üçün xüsusi əmsallardan istifadə edilməlidir.

turanın səsi ” xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Vüqar Bayramov çıxış edib.

O, analoji təcrübənin inkişaf etmiş ölkələrdə olduğunu bildirib: “Burada mahiyyət odur ki, qadınlar pensiya yaşına çatanda nların pensiya kapitalı xüsusi əmsala vurulur və bununla da artır. Təklif edirəm ki, bu təcrübədən Azərbaycanda da istifadə olunsun. Sosial təminat, o cümlədən pensiya təminatının gücləndirilməsi Prezidentin diqqətində olan məsələlərdir. Ona görə də Azərbaycanda da qadınlarda pensiya yaşı tamam olan zaman onun xüsusi əmsalla hesablanması pensiya kapitalının artmasına və qadınların daha çox pensiya almasına imkan yaradacaq. Bu, eyni zamanda imkan verəcək ki, qadınlarla kişilər arasında pensiya məbləği arasındakı fərqin aradan qaldırılması və xüsusilə pensiya yaşı olan qadınlarımızın sosial təminatının daha da gücləndirilməsi mümkün olsun”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir