Maykl Makkol Bayden administrasiyasının İranla bağlı siyasətini sərt tənqid edib

ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol bildirib ki, Vaşinqton və Tehran arasında dolayı danışıqlar haqqında məlumatlardan narahatdır və ABŞ qanunlarının tələb etdiyi kimi, prezident Cozef Bayden ABŞ-İran razılaşmaları barədə Konqresə hesabat verməlidir.

Turanın səsi ”  xəbər verir ki, konqresmenin bu sözləri Baydenə göndərdiyi məktubda yer alıb.

“Administrasiyanın İran rejimi ilə “dolayı danışıqları” bərpa etdiyi və bu danışıqların nəticələri əsasında İrana böyük ödənişlərin təsdiqlənməsinin də olduğu barədə son xəbərlər məni narahat edib. Bu, administrasiyanızın 2015-ci il Nüvə Sazişinə Baxış Aktının tələb etdiyi kimi, qanuna riayət etmək və İranla hər hansı sazişi Konqresə təqdim etmək niyyətini şübhə altına alır”-, məktubda vurğulanıb.

Konqresmen xatırladıb ki, hələ aprel ayında o, Dövlət Departamentinə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mallinin onun rəhbərlik etdiyi komitə qarşısına çıxması tələbini göndərib. Lakin Dövlət Departamenti sorğunu cavabsız qoyub.

Maykl Makkol bunu şəffaflığın olmaması kimi qiymətləndirib və belə hərəkətlərin ciddi narahatlıq doğurduğunu etiraf edib.

“Bu administrasiya İranı bədxah fəaliyyətlərdən saxlamaq üçün diplomatik rıçaqlardan və hərbi çəkindirici vasitələrdən istifadə etmək əvəzinə, gərginliyin azaldılmasına dair yalan vədlər müqabilində yanlış idarə olunan İran siyasətini təşviq edir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir