Ficidə 7,2 bal gücündə zəlzələ olub
Sakit okeanın cənubunda yer alan Fici adalarında 7,2 bal gücündə zəlzələ baş verib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Qurum zəlzələnin episentrinin Suva şəhərindən 710 kilometr cənub-şərqdə olduğunu açıqlayıb.
İlk araşdırmalara görə, yerin 160 kilometr dərinliyində baş verən 7,2 bal gücündə zəlzələdə can və mal itkisi yoxdur.
Zəlzələdən sonra sunami xəbərdarlığının olmadığı qeyd edilib.