Peskov Makron və Şoltsun Putinlə danışmaq niyyətindən bəhs edib

Kremlin sözçüsü Dmitri Peskov Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun Rusiya prezidenti Vladimir Putinlə danışmaq niyyətindən bəhs edib.

Bu barədə “turanın səsi ”  “TASS”a istinadən xəbər verir.

“Həm cənab Şolts, həm də cənab Makron bunu dəfələrlə bəyan ediblər və təbii ki, onlar daha çox hipotetik niyyətdən danışırlar”, – Peskov bildirib.

Ötən həftə Almaniya kansleri yaxın gələcəkdə Putinlə telefonla danışmağı planlaşdırdığını demişdi.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir