Vüqar İskəndərov: “Pakistan həmişə Azərbaycanın haqq işini dəstəkləyib”

0

“Pakistan həmişə Azərbaycanın haqq işini dəstəkləyib və bu günə kimi də Ermənistanla diplomatik əlaqələr qurmayıb”.

turanın səsi ” xəbər verir ki , bunu mətbuata açıqlamasınsda Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, Azərbaycan hər zaman türk və islam dünyası ilə sıx münasibətlər qurub: “Bu baxımdan, ölkəmizin Türkiyə və Pakistanla münasibətləri xüsusilə vurğulanmalıdır. İyunun 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, 15-də isə Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri ölkələrimiz arasında strateji müttəfiqlik, dostluq və qardaşlıq əlaqələrinin əyani təzahürüdür”.

Deputat bildirib ki, Pakistanla Azərbaycan arasında yüksək səviyyəli əlaqələr mövcuddur, siyasi, iqtisadi, mədəni, enerji, hərbi və hərbi sənaye sahələri üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir: “Ümumiyyətlə, Pakistan həmişə Azərbaycanın haqq işini dəstəkləyib və bu günə kimi də Ermənistanla diplomatik əlaqələr qurmayıb, Ermənistanı dövlət kimi tanımayıb. Yeri gəlmişkən, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bir daha bu məqamın üzərində dayanıb. Baş nazir “Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz Azərbaycanın Qarabağ üzərində hüququnu hər zaman birmənalı şəkildə dəstəkləmişik” deyə bildirib.

Ümumiyyətlə, hesab edirəm ki, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı kimi ölkələrin mövqeyi və yürütdükləri siyasət islam dünyasında əlaqələrin inkişafına, islam dünyasının maraqlarının müdafiəsinə yönəlmiş siyasətin bariz nümunəsidir. Amma təəssüf ki, İran haqqında bunu demək mümkün deyil”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir