Beynəlxalq konfransda

İyunun 14-də Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri  Adil Əliyev BMT-nin Sivilizasiyalar Alyansının və Məhəmmədiyyə Din Alimləri Liqasının dəstəyi, Mərakeş Krallığı parlamenti və Parlamentlərarası İttifaqın təşkilatçılığı ilə “Dinlərarası Dialoq üzrə Parlament Konfransı: Ortaq gələcəyimiz naminə birgə fəaliyyət” mövzusunda keçirilən konfransda çıxış edib.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Tədbirdə Adil Əliyev müzakirə olunan mövzunun dünyada cərəyan edən hadisələr fonunda aktuallığı barədə fikirlərini bildirmişdir. O, əsrlər boyu Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı anlaşma şəraitində yaşamasını qeyd etmiş, ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətinin təməlində tolerantlıq ideyalarının dayandığını diqqətə çatdırıb. O,  2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin  təşəbbüsü ilə əsası qoyulan “Bakı Prosesi” barədə konfrans iştirakçılarını məlumatlandırmışdır. Dövlətimizin multikulturalizmi dövlət siyasətinin tərkib hissəsi elan etdiyini bildirən vitse-spiker, 2016-cı ilin Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Multikulturalizm ili elan olunmasının əhəmiyyətini xüsusi qeyd edib. 

Sədr müavini Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son vermiş 44-günlük Vətən müharibəsinin nəticələri, hazırda Azərbaycanın irəli sürdüyü sülh gündəliyi barədə ətraflı məlumat verib. Tədbir iştirakçıları Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi barədə məlumatlandırılıb, sülh sazişinin imzalanmasından yayınmağa çalışdığı diqqətə çatdırılıb.

Çıxış zamanı multikulturalizm və dini tolerantlıq nümunəsi olan Azərbaycandan fərqli olaraq, dini ayrıseçkilik və radikal milliyyətçiliyin monoetnik Ermənistan tərəfindən dövlət səviyyəsində dəstəkləndiyi təəssüflə qeyd olunub. Ötən əsrin 80-ci illərinin sonlarında 250 minə yaxın azərbaycanlının yalnız dini və milli fərqliliklərinə görə hazırki Ermənistandan deportasiya olunduğu deyilib. Eyni zamanda 30 illik işğal dövründə Azərbaycana məxsus infrastrukturun, şəhər və kəndlərin, yaşayış məntəqələrinin, tarixi-dini abidələrin Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri tərəfindən talanması, dağıdılması faktı iştirakçıların diqqətinə çatdırıldı. Vaxtilə Qarabağda mövcud olmuş 67 məsciddən 65-nin yerlə-yeksan edilməsi, tövlə kimi istifadə olunmasının dözülməz olduğu bildirildi. Bunun yalnız təkcə müsəlmanların deyil, bütün inanclara münasibətdə təhqir, hörmətsizlik olduğu diqqətə çatdırıldı. 

Adil Əliyev Azərbaycanın hazırki mərhələdə Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının ölkəyə tam reinteqrasiya edilməsi prosesi ilə yaxından məşğul olduğunu və bu məqsədlə erməni əsilli əhali ilə birbaşa təmasların qurulduğunu da diqqətə çatdırıb. Qarabağda yaşayan erməni əsilli vətəndaşlarla təmaslarda Azərbaycan parlamentinin üzvünün təmsil olunduğu bildirilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir