Tahir Mirkişili: “Heydər Əliyev zamanın səviyyəsindən yüksək şəxsiyyət idi”

0

“Ümummilli Lider Heydər Əliyev zamanın səviyyəsindən yüksək şəxsiyyət idi. O sanki bu günü və bundan sonrakı sabahı görüb dünəndə fəaliyyət göstərirdi”.

Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 14-də keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib.

O xatırladıb ki, 80-ci illərin sonu və 90-cı illərin əvvəli ölkənin səbatsız rəhbərliyinin fəaliyyəti nəticəsində yenidən dağılmağa, iflas olmağa başlayan Azərbaycanı Heydər Əliyev artıq 2-ci dəfə, bu dəfə müstəqil olmağı bəyan etmiş Azərbaycanı yox olmaqdan xilas edib və onu müstəqil edib.

Komitə sədri bildirib ki, Heydər Əliyev əvvəlcə Naxçıvanda milli bayrağımızı dalğalandırmaqla bu dəfə insanlarda müstəqillik inamını öz şəxsinə olan inamın hesabına gücləndirməyə nail olub: “Daha sonra 1993-cü ildən Azərbaycana rəhbərlik etməklə sonrakı 10 il ərzində Azərbaycanın əbədi müstəqilliyi üçün möhkəm və sarsılmaz iqtisadi zəmin yaratdı. Elə bir iqtisadi zəmin ki, Azərbaycanı dünyanın iqtisadi cəhətdən ən sürətli inkişaf edən ölkəsinə çevirdi. O şəxsiyyətinə olan inam və öz şəxsi zəmanəti hesabına Azərbaycan iqtisadiyyatını dünyaya inteqrasiya etdi, kəmərlər, yollar inşa etdi. Azərbaycanı parçalamaq, zəif görmək, milli ləyaqətimizi daim alçaltmaq istəyənlərin arzularını əbədi olaraq gözlərində qoydu”.

Bu il Heydər Əliyevin anadan olmasının 100 illiyi olduğunu xatırladan T.Mirkişili diqqətə çatdırıb ki, 100 il bundan öncə bu torpaqlarda faciə yaşanırdı: “Belə bir şəraitdə Uca Tanrı Azərbaycan xalqına bu müstəqilliyi bir daha bəxş edəcək və bu dəfə onu əbədi edəcək bir övlad bəxş etdi. Bütün gözəl, bənzərsiz, müqəddəs işlər insandan hünər istəyir. Ona görə də zamanın səviyyəsində yaşayıb fərdi, xalqı və dövləti müstəqilliyə tam çatdırmaq mümkün deyil. Heydər Əliyev zamanın səviyyəsindən yüksək şəxsiyyət idi. O sanki bu günü və bundan sonrakı sabahı görüb dünəndə fəaliyyət göstərirdi. Öz müstəqilliyi ilə dostlarımızı sevindirən, rəqiblərimizi çəkindirən, düşmənlərimizi məyus edən, Qarabağı azad edən, bayrağımızı Şuşada dalğalandıran bu günkü Azərbaycan məhz Heydər Əliyevin əsəridir. Onun layiqli davamçısı müzəffər Ali Baş Komandan, dövlət başçısı cənab İlham Əliyev isə bu əsəri hər keçən gün daha da zənginləşdirir və gücləndirir. Artıq hər kəs bilir və sonsuz olaraq inanır ki, bu gün 100 ildir, sabah 1000 il olacaq”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir