Tramp evində məxfi sənədlər saxlamaq hüququnun olduğunu açıqlayıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp məxfi sənədləri evində saxlamaq hüququna malik olduğunu açıqlayıb.

Turanın səsi ” xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Nyu Cersidə tərəfdarları qarşısında çıxışı zamanı deyib.

“Prezident özü ilə hansı sənədləri götürmək qərarına gəlsə, bunu etməyə tam hüququ var. Bu, onun mütləq hüququdur”, – Tramp bildirib.

Tramp, həmçinin özünə qarşı ittihamları siyasi təqib və Cozef Bayden administrasiyasının “seçkiləri yenidən saxtalaşdırmaq cəhdi” adlandırıb.

İyunun 13-də Tramp heç bir şərt qoyulmadan Mayami məhkəməsindən azad edilib. Məhkəmədə o, məxfi sənədlərlə düzgün rəftar edilməməsi ilə bağlı iş üzrə özünü təqsirli bilməyərək bütün ittihamları rədd edib.

Donald Trampa qarşı 37 maddə üzrə ittiham irəli sürülüb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir