Ukrayna Kaxovka SES-ə görə Latviyadan 450 min avro yardım alacaq


Ukrayna Kaxovka Su Elektrik Stansiyasının dağıdılmasının nəticələrinin aradan qaldırılması üçün Latviyadan 450 min avro yardım alacaq.

Turanın səsi ” Ukrayna mətbuatına istinadən xəbər verir ki, maliyyə yardımının ümumi dəyəri ilkin olaraq 433 119 avro, nəqliyyat xərcləri isə daha 20 000 avro təşkil edəcək.

Həmçinin Ukraynaya elektrik generatorları, kompressorlar, nasos stansiyası, xilasedici jiletlər, motor nasosları, dalğıc əlcəkləri, çəkmələr, kvadrosikllər və digər avadanlıqların göndərilməsi planlaşdırılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir