DİN-in mətbuat xidmətindən verilən məlumatlar

İyunun 10-da və 11-də ölkə ərazisində qeydə alınan 110, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

⤵️

Axtarışda olduğuna görə ümumilikdə 66, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

⤵️

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

⤵️

Narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

⤵️

Cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb.

⤵️
Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Nardaran qəsəbəsində yaşayan Yusif Abbasovun evinə baxış zamanı oradan sellofan paketdə çəkisi 290 qram olan qurudulmuş marixuana aşkar olunub.
Davam etdirilən tədbirlərlə evin həyətində olan meyvə ağaclarının altından isə 79 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

⤵️
Soyğunçuluq

İyunun 11-də Yasamal rayonu M.Həsənov küçəsində yerləşən mağazada bir nəfərin satıcının içərisində pulu, sənəd və bank kartları olan cüzdanını soyğunçuluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də oğurluq və soyğunçuluğa görə məhkum olunmuş Rasim Bayramov müəyyən olunaraq saxlanılıb.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

⤵️


Quldurluq

İyunun 9-da gecə saatlarında Nizami rayonu ərazisində yerləşən apteklərin birində tibbi maskalı 2 nəfərin satıcını bıçaqla hədələyib kassadan 300 manat pul talamaları barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsi və Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Tuncay Quluzadə və Alı Cavadlı müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.

⤵️


Oğurluq

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 6-da gecə saatlarında Xırdalan şəhəri ərazisində bir mağazadan 5800 manat dəyərində 3 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakini Rövşən Hüseynov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

⤵️

DİN-in mətbuat xidmətindən verilən məlumata görə,

İyunun 12-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

⤵️

Axtarışda olduğuna görə ümumilikdə 161, o cümlədən borclu şəxs qismində axtarışda olan 139 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

⤵️

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

⤵️

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

⤵️

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

⤵️

Paytaxtın Sabunçu rayonu Nardaran qəsəbəsində istirahət mərkəzində xuliqanlıq hərəkətləri törədən şəxslər müəyyən olunub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, Bakı şəhər BPİ İstintaq və Təhqiqat İdarəsində fakta görə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə iştirakçılarından bir qrupu saxlanılıb.

Cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

⤵️


Soyğunçuluq

Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 9-da M.Həsənov küçəsində 74 yaşlı bir qadının içərisində pulu, sənəd və bank kartı olan cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş Elşən Babayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

⤵️
Oğurluq

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 5-nə keçən gecə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən pul və 1800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb.
Araşdırma aparılır.

⤵️

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün axşam saatlarında Oğuz rayonunun Padar kəndi ərazisində “VAZ-2106” və “ Toyota” markalı avtomobillər toqquşub. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1969-cu il təvəllüdlü Oğuz rayon sakini Abbasov İlqar Aydın oğlu aldığı xəsarətlərdən ölüb, iki nəqliyyat vasitəsində xəsarət alan ümumilikdə 4 nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Bu barədə “Turanın səsinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir