Deputat: “Türkiyə ilə Azərbaycanı eyni dil, eyni kökdən daha çox qətiyyətli siyasi iradə birləşdirir”

“Türkiyə ilə Azərbaycanı eyni dil, eyni kökdən daha çox qətiyyətli siyasi iradə birləşdirir”.

Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhhərəmov parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 13-də keçirilən plenar iclasda çıxışı zamanı deyib.

O xatıladıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdə inamlı qələbəsindən sonra ilk səfərini Azərbaycana etdi: “Üstəlik, bu təşrif diplomatik protokol təsnifatında dövlətlərarası münasibətlərin ən yüksək səviyyəsini ehtiva edən dövlət səfəri kimi reallaşdı”.

“Müasir dünyada gedən proseslər göstərir ki, eyni kökdən olmaq hələ yaxşı münasibətlər üçün əsas deyil. Eyni mənşəni, eyni dili təmsil edən, lakin düşmən olan beynəlxalq subyektlər var. Bu mənada, heç kəs unutmasın ki, Türkiyə ilə Azərbaycanı eyni dil, eyni kökdən daha çox qətiyyətli siyasi iradə birləşdirir. Və biz müttəfiqliyimizi Şuşa bəyannaməsinə qədər tarixi proseslərin təbii axarında yüksəltməmişik. Bunun kökündə zəfərimiz, əmək, qətiyyət və siyasi iradə dayanır. Bu mənada Şuşa bəyannaməsinin ikinci ildönümündə Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri şanlı qələbəsinin sevincini bizimlə bölməsi – bu iradənin davam edəcəyi və XXI əsrin türk əsri olacağının müjdəsidir”, – deputat əlavə edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir