Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri ilə görüşdə

0

İyunun 12-də Milli Məclisin Səhiyyə komitəsi Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin Milli Vərəm Proqramının qiymətləndirməsi üzrə nümayəndə heyəti ilə görüşüb.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qonaqları salamlayaraq Azərbaycanda vərəm ilə mübarizədə əldə olunan nailiyyətlərdən söz açıb. Komitə sədri  Azərbaycan səhiyyəsində aparılan islahatlardan danışaraq səhiyyənin aktual məsələlərinə Azərbaycan parlamentinin də həssaslıqla yanaşdığını diqqətə çatdırıb. O, bu sahədə parlamentdə daim dinləmələr keçirildiyini, müzakirələrin aparıldığını, qanunvericiliyin təkmilləşdirildiyini qeyd edib.

Səhiyyə komitəsinin üzvləri Soltan Məmmədov, Sədaqət Vəliyeva və Məlahət İbrahimqızı Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə uğurlu əməkdaşlığından söz açıblar, bu səmərəli əməkdaşlığa görə qonaqlara təşəkkür ediblər. Deputatlar bildiriblər ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər zaman vərəm ilə mübarizədə öz dəstəyinin nümayiş etdirib.

Sonra görüşdə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin Milli Vərəm Proqramının qiymətləndirməsi üzrə nümayəndə heyətinin üzvləri Sayohat Hasanova, Cəvahir Süleymanova, Andrei Mosneaga, Cristina Celan, Askar Yedilbayev, Oqtay Gözəlov, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova və ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri Rafiq Bayramov Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərinə ölkəmizdə ciddi əməl olunmasını, səhiyyə sistemində aparılan islahatları, icbari tibbi sığortanın fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar bu sahədə aparılan vərəmin diaqnostikası, müalicəsi və profilaktika tədbirləri ilə bağlı fikirlərini bölüşüblər.

Görüşdə səhiyyənin bəzi aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir