Kanada Rusiyanın 24 vətəndaşına və 17 müəssisəsinə qarşı sanksiya tətbiq edib

Ukraynanın Kiyev şəhərində səfərdə olan Kanadanın Baş naziri Castin Trüdo Rusiyanın 24 vətəndaşı və 17 müəssisəsinə qarşı sanksiya tətbiq olunduğunu açıqlayıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə Kanadanın “CTV” telekanalı məlumat yayıb.

Telekanal siyahı təqdim etməyib. Məhdudiyyətlərin tətbiq edilməsinin səbəbləri də göstərilmir.

İyunun 10-da Kanadanın baş naziri Castin Trüdonun Kiyevə elan olunmamış səfərlə gəldiyi məlum olub. Trüdo Ukraynaya Baş nazirin müavini Kristiya Frilandla birlikdə gəlib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir