Kürdəmirdə su kanalında 44 yaşlı kişi meyiti tapılıb

Kürdəmirdə su kanalında 44 yaşlı kişi meyiti tapılıb.

Turanın səsi ” in xəbərinə görə, hadisə rayonun Qağacılı kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1979-cu il təvəllüdlü İslamov Rəşad Eldar oğlunun meyiti yaşadığı evin yaxınlığındakı su kanalında aşkarlanıb.

Onun spirtli içki aludəçisi olduğu və epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir