Yaponiya səfiri Rusiya XİN-ə çağırılıb
Yaponiyanın Moskvadakı səfiri Tokionun Ukraynaya hərbi texnikanın çatdırılmasına başlamaq qərarı ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Yaponiyanın Ukraynaya hərbi texnikanın çatdırılmasına başlamaq qərarı Moskva və Tokio arasında münasibətlər üçün ciddi nəticələrsiz qala bilməz”, – diplomatik nümayəndəlikdən vurğulanıb.