Türkiyədə iki tramvay toqquşub, 20 nəfər yaralanıb
Türkiyənin Samsun bölgəsinin İlkadım rayonunda iki tramvayın toqquşması nəticəsində 20-dən çox insan yaralanıb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə xilasedicilər, təcili tibbi heyət cəlb olunub.
Qəza nəticəsində ölüm olmadığı qeyd edilib.
Hadisənin səbəbi araşdırılır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI