AZAL və THY əməkdaşlıq imkanlarını müzakirə ediblər

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) I vitse-prezidenti Samir Rzayev “Türk Hava Yolları” (THY) şirkətinin İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri Ahmet Bolatla görüşərək onunla əməkdaşlığın möhkəmləndirilməsini, iki ölkə hava əlaqələrinin daha da inkişaf etdirilməsini müzakirə edib.

Turanın səsi ” xəbər verir ki , bu barədə  AZAL-dan bildirilib.

Məlumata görə, görüş İstanbulda keçirilən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) 79-cu İllik Ümumi İclası çərçivəsində baş tutub.

Görüş zamanı Azərbaycan və Türkiyənin milli aviadaşıyıcıları arasında əməkdaşlıq, həmçinin iki qardaş ölkə arasında marşrut şəbəkəsinin genişləndirilməsi imkanları müzakirə olunub.

S.Rzayevin sözlərinə görə, Türkiyə Azərbaycanın aviasiya sektorunda əsas tərəfdaşlardan biridir və aviaşirkətlər arasında əməkdaşlıq hər iki dövlət üçün böyük əhəmiyyət kəsb edir.

A.Bolat öz növbəsində uğurlu tərəfdaşlığın Azərbaycanla Türkiyə arasında turizm, iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Hər iki tərəf əməkdaşlıq əlaqələrini daha da gücləndirməyə və mülki aviasiya sahəsində layihələrin birgə inkişafına, o cümlədən təcrübə mübadiləsinə hazır olduğunu təsdiqləyib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir