Rusiya Zakarpat əsilli ukraynalı hərbçiləri Macarıstana təhvil verib

Zakarpat əsilli ukraynalı hərbi əsirlərin Macarıstana təhvil verilməsi Rus Pravoslav Kilsəsinin iştirakı ilə baş tutub.

Turanın səsi ” xəbər verir ki, bu barədə Moskva Patriarxlığı məlumat yayıb.

Bildirilib ki, bu, Macarıstan tərəfinin xahişi ilə kilsələrarası əməkdaşlıq çərçivəsində keçirilib.

“2023-cü il iyunun 8-də Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin xeyir-duası, Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə kilsələrarası əməkdaşlıq çərçivəsində Macarıstan tərəfinin xahişi ilə döyüş əməliyyatlarında iştirak etmiş bir qrup Zakarpat əsilli ukraynalı hərbi əsirlər Macarıstana təhvil verilib”, – məlumatda deyilib.

Qeyd edək ki, Ukraynanın Zakarpatye vilayəti macarəsilli ukraynalıların yığcam məskunlaşdığı ərazidir. Region əhalisinin təqribən 10 %-i macardır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir