Əli Əsədov: “Azərbaycan Üçüncü MDB Oyunlarının bütün iştirakçılarına və nümayəndələrinə tam təhlükəsizlik zəmanəti verəcək”
“Azərbaycan Üçüncü MDB Oyunlarının bütün iştirakçılarına və nümayəndələrinə tam təhlükəsizlik zəmanəti verəcək”.
“Turanın səsi ” xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın Soçi şəhərində MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
İclasdan əvvəl Ə.Əsədov və digər nümayəndə heyətlərinin başçıları “Sirius” Elm və İncəsənət Parkında “Avrasiya bizim evimizdir” adlı sərgi ilə tanış olublar.
Ə.Əsədov Şuranın məhdud tərkibli iclasında çıxış edərək, MDB-nin iştirakçı-dövlətlərinin hökumət başçılarına onların ölkələrində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yüksək səviyyəli çoxsaylı tədbirlərin təşkilinə görə minnətdarlığını bildirib.
Qeyd olunub ki, Azərbaycan MDB çərçivəsində hökumətlər səviyyəsində qarşılıqlı faydalı tərəfdaşlığa və səmərəli əlaqələrin davam etdirilməsinə böyük əhəmiyyət verir.
Birliyə üzv dövlətlər arasında qarşılıqlı anlaşmanın və mehriban qonşuluğun möhkəmləndirilməsində humanitar sahənin başlıca rolu vurğulanıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI