“Əziz Şuşa” beynəlxalq velosiped yarışında bu gün ikinci mərhələ keçiriləcək
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı davam edir.
“turanın səsi ” in məlumatına görə, bu gün turnirin ikinci mərhələsi keçiriləcək.
Velosipedçilər bu dəfə Qəbələdən yarışa start verəcəklər. 14 komandanın idmançıları Qəbələ – Şəki – Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət edəcəklər.
Qeyd edək ki, Bakıdan Şamaxıya 150 km məsafənin qət edildiyi birinci mərhələnin qalibi Bolqarıstan millisinin üzvü Martin Papanov olub.