Prezidentin köməkçisi İsrail Knessetinin komitə sədri ilə görüşüb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Knessetinin Xarici İşlər və Müdafiə Komitəsinin sədri Yuli Edelşteyn və Knesset üzvü Ram Ben Barala görüşüb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik tviter səhifəsində bildirib.
Corc Dik görüşün səmimi və məhsuldar keçdiyini, ikitərəfli və regional məsələlərin müzakirə edildiyini vurğulayıb.