Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin növbədənkənar sessiyasının 6 iyun 2023-cü il tarixində keçirilən iclasında çıxışı 

0

Hörmətli həmkarlar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyası ötən 5 ayda makroiqtisadi sabitliyi və maliyyə dayanıqlığını daha da möhkəmləndirməyə, iqtisadi inkişaf sahəsində dövlət siyasətinin prioritetlərini və məqsədlərini əldə etməyə imkan yaratmışdır. Bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. 

Turanın səsi ” in xəbərinə görə Spiker vurğulayıb ki , İqtisadi göstəricilərin artımı nəzərdə tutulan hədəflərin əldə edilməsi, o cümlədən işğaldan azad olunmuş bölgələrdə   bərpa-quruculuq işlərinin sürətləndirilməsi, müdafiə və təhlükəsizlik vəzifələrinin yerinə yetirilməsi məqsədi ilə bu ilin dövlət büdcəsi haqqında qanunda və büdcə zərfinə daxil olan digər 2 qanunda dəyişiklik edilməsinə imkan yaratmışdır.  

Bununla əlaqədar olaraq, möhtərəm cənab Prezident müvafiq qanun layihələrini qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim etmişdir və gündəliyin ilk üç məsələsi məhz bu qanun layihələridir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir