Fazil Mustafa: “Bəzi büdcə xərclərini azaltmaq lazımdır”
Azərbaycanın dövlət büdcəsində bəzi xərclərin azaldılmasına ehtiyac var.
“Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa bildirib.
“Bu gün ölkədə su təchizatı, eləcə də əhalinin sosial müdafiəsi ilə bağlı çətinliklər var. Onların aradan qaldırılması üçün büdcənin imkanlarından istifadə etmək lazımdır. Həmçinin, olimpiya idman kompleksləri və digər idman qurğuları var ki, onlara ildə bir neçə milyon manat vəsait ayrılır, bunların dərhal özəlləşdirilməsi lazımdır ki, əlavə vəsaitlər olsun və biz sosial müdafiə sahəsinə pul ayıra bilək”, – deyə o, əlavə edib.
Bundan başqa, deputat deyib ki, Azərbaycanda dərmanlar çox bahadır: “Bunun qarşısını almaq üçün tədbir görülmür. İnsanlar 100 manatlıq dərmanı 300 manata almağa məcbur olur. Bizim bazardan Avropa dərmanları çıxıb. Banqladeşin, Hindistanın dərmanlarını gətiririk. Türkiyə ilə bu sahədə əməkdaşlığı qura bilmədik”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI