Kuleba Ukraynanın əks-hücum üçün yetərincə silah aldığını açıqlayıb

Ukrayna xarici işlər naziri Dmitro Kuleba ölkəsinin əks-hücumunu həyata keçirmək üçün yetərincə silah-sursat aldığını açıqlayıb.

turanın səsi ” bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.

“Ukrayna Silahlı Qüvvələrinin qarşıdakı əks-hücumu Ukraynanın qələbəsi ilə başa çatacaq. Bu, ölkəmizin gələcəkdə NATO-nun bir hissəsi olmasına imkan verəcək”, – D.Kulaba vurğulayıb.

Lakin XİN başçısı əks-hücumun başlama vaxtı ilə bağlı suala cavab verməkdən imtina edib. Onun sözlərinə görə, əsas odur ki, bu, Ukraynanın qazanması ilə sonuclanacaq.

Nazir qeyd edib ki, bir sıra müttəfiqlər ukraynalı pilotlara F-16 döyüş təyyarələrində təlim keçməyə başlamaq barədə razılığa gəldikdən sonra NATO-ya üzvlük Ukraynanın növbəti böyük məqsədidir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir