Ərdoğan İbrahim Kalını Türkiyə kəşfiyyatının rəhbəri təyin edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İbrahim Kalını Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri vəzifəsinə təyin edib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd edək ki, Kalın indiyədək Türkiyə Prezidentinin sözçüsü olub. MİT rəhbəri vəzifəsini isə bundan əvvəl Hakan Fidan yerinə yetirib.