Macarıstanın Baş naziri: “Ərdoğanın qələbəsi bizə nəfəs kimi lazım idi”

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəllər taxıl müqaviləsi bağlayarkən etdiyi kimi, Ukrayna münaqişəsinin həllində vasitəçi kimi çıxış edə bilər”.

Turanın səsi ” xəbər verir ki, bu fikri Macarıstanın Baş naziri Viktor Orban bildirib.

Orban qeyd edib ki, iyunun 3-də Ankarada müxalifətin namizədi Kamal Kılıçdaroğlu üzərində seçkilərdə qalib gələn Ərdoğanın andiçmə mərasimində iştirak edib.

“Prezident Ərdoğanın qələbəsi bizə sülhsevər mövqeyindən əlavə bir nəfəs kimi lazım idi. Əgər qalib gələ bilməsəydi, o zaman müharibəni təbliğ edən bir şəxs Türkiyə prezidentliyində olardı və bunun nəticələri gözlənilməz olardı. Türkiyə prezidentinin Ukrayna taxıl böhranı ilə bağlı olduğu kimi ukraynalılarla ruslar arasında vasitəçilik etmək şansı var”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir