Mərdəkan və Binə qəsəbələrində narkotik
vasitələrin satışı ilə məşğul olan daha 2 nəfər saxlanılıb

0

Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı Mərdəkan və Binə qəsəbələrində narkotik maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

Əməliyyatlar nəticəsində Sahib Əliyev və Vüqar Bayramov tutularaq istintaqa təqdim ediliblər. Həmin şəxslərdən 2 kiloqrama yaxın heroin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri qeyd edilən qəsəbələrin ərazilərində satmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə onlayn yolla əldə etdiklərini bildiriblər. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

05 oktyabr 2022-ci il

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir