Ukraynanın bütün ərazisində hava həyəcanı təbili çalınıb
Ukraynanın bütün bölgələrində hava xəbərdarlığı elan edilib.
“turanın səsi ” xəbər verir ki, bu ölkənin Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsində əks olunub.
Qurumun məlumatına görə, Çerniqov, Sumı, Poltava, Xmelnitski, Dnepropetrovsk, Xarkov, Nikolayev, Odessa, Çerkassı, Kirovoqrad, Kiyev, Jitomir, Volın, Rovno, Ternopol, Lvov, Zakarpat və İvansk vilayətlərində hava həyəcanı təbili çalınıb.