Dövlət Komitəsinin sədri: “Məcburi köçkünlərin qayıdışı könüllü həyata keçirilir və keçiriləcək”
“Məcburi köçkünlərin azad edilən ərazilərə qayıdışı könüllü, təhlükəsiz və ləqayətli şəkildə həyat şəraitinin yaradılması prinsipləri ilə həyata keçirilir və keçiriləcək”.
“Turanın səsi ” xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən keçmiş məcburi köçkünlər üçün evlər inşa edilir, yenidən kəndlər, rayonlar tikilir: “Bu yerlərin hər biri öz sakinlərini gözləyir. Böyük məmnuniyyətlə deyə bilərəm ki, insanların böyük faizi könüllü olaraq öz doğma rayonlarına, kəndlərinə köçmək istəyirlər. Dövlət Komitəsi I Dövlət Proqramında qeyd olunan tapşırıqların hamısını icra etməyə hazırdır”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI